Texasda sürücü avtomobili piyadaların üstünə sürüb, ölən və xəsarət alanlar var

7-05-2021, 06:20           
Texasda sürücü avtomobili piyadaların üstünə sürüb, ölən və xəsarət alanlar var
ABŞ-ın Texas ştatının Hyuston şəhərindəki restoranlardan birinin yanında sürücü avtomobili piyadaların üstünə sürüb.

“Report” xəbər verir ki, bu barədə ABC yayım korporasiyası polisə istinadən bildirib.

Hadisə nəticəsində bir qadın həlak olub, daha bir neçə nəfər müxtəlif xəsarətlər alıb.

Harris dairəsinin polisinin məlumatına görə, sürücü bunu qəsdən edib. O, hadisə yerindən gizlənməyə çalışıb, amma sonra qəza yerinə qayıdıb və həbs edilib. Zərərçəkənlər yerli xəstəxanalara çatdırılıb.

Polis bildirib ki, daha əvvəl restoranın daxilində dava başlanıb, qarşıdurma avtodayanacaqda davam edib. Dava iştirakçıları ilə sürücünün əlaqəsinin olub-olmaması müəyyənləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru