Birləşmiş Ştatlarda bank əməkdaşları girov götürülüb

7-05-2021, 06:35           
Birləşmiş Ştatlarda bank əməkdaşları girov götürülüb
ABŞ-ın Minnesota ştatında polis bank işçilərini girov götürən cinayətkarlarla danışıqlar aparır.

“Report” xəbər verir ki, bu barədə asayiş keşikçilərinə istinadən “Fox News” telekanalı cümə axşamı bildirib.

Məlumata görə, bir və ya bir neçə naməlum şəxs Sent-Klaud şəhərində “Wells Fargo” bankının filialında insanları girov saxlayırlar. Güman edilir ki, bankın əməkdaşları soyğunçuluğa cəhd zamanı girov götürülüblər. Zərərçəkənlər və ya həlak olanlar haqqında məlumatlar yoxdur.

"Biz danışıqlar aparırıq, - yerli polis idarəsinin nümayəndəsi telekanala bildirib: “İçəridə naməlum sayda bank əməkdaşları var".

Polisin nümayəndəsinin sözlərinə görə, hadisənin araşdırılmasında Federal Təhqiqatlar Bürosunun mütəxəssisləri də iştirak edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru