Ermənistandan qovulan azərbaycanlıların etirazı - Tarixdən VİDEO

20-02-2016, 15:34           
Ermənistandan qovulan azərbaycanlıların etirazı - Tarixdən VİDEO
Ermənistan SSR-də yaşayan azərbaycanlıların kütləvi deportasiyasına 1988-ci ilin yanvar ayında başlanılıb. Ermənistandan qovulan azərbaycanlıların ilk dalğası 1988-ci yanvarın 25-də Azərbaycana çatıb.

1988-ci il fevralın 19-dan etibarən İrəvanda kütləvi mitinqlər başlanır. Mitinq iştirakçıları "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistan yalnız ermənilər üçündür!" kimi şüarlar səsləndirirdilər. Mitinqlərin üçüncü günü İrəvanda salamat qalmış yeganə məscid binası (XX əsrin əvvəllərində şəhərdə 8 məscid olub - red.) və azərbaycanlı orta məktəbi, C. Cabbarlı adına İrəvan Azərbaycanlı Dram Teatrının ləvazimatı yandırılıb. İrəvanda bu hadisələrə qarşı etirazını bildirən azərbaycanlıların evləri yandırılır.

Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 200 mindən artıq azərbaycanlını oradan çıxarmaq Qarabağ məsələsini həll etmək qədər vacib idi. Bu proses 1989-cu ildə başa çatdırılır, həmin illər ərzində 220 mindən çox azərbaycanlı deportasiyaya məruz qalıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru