Özünü 7-ci mərtəbədən atdı, sağ qaldı

21-02-2016, 12:20           
Özünü 7-ci mərtəbədən atdı, sağ qaldı
Bakıda 22 yaşlı gənc özünü hündürlükdən ataraq intihara cəhd edib.

Hadisə fevralın 20-də Günəşli qəsəbəsində baş verib. Özünü qəsəbədəki doqquzmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən atan 1996-cı il təvəllüdlü Vahabzadə Orxan Azad oğlu xoşbəxtlikdən sağ qalıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Bildirilir ki, müayinə zamanı özünü 7-ci mərtəbədən atan gəncin bədənində sınıq aşkarlanmayıb. Ona bədənin müxtəlif nahiyyələrinin əzilməsi və küt zədələnmə diaqnozu qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru