“Hafka”nın müflis olmuş bankında qalmaqal

22-02-2016, 10:11           

İşçilərdən «öz xahişimlə…» ərizəsi yazmaq tələb edilir

Manatın 21 dekabr devalvasiyası bankların çökdürülməsinə, bununla da minlərlə adamın işsiz qalmasına gətirib çıxarıb.

Hafiz Məmmədova məxsus “Bank of Azərbaycan” da fevralın 1-də müflis elan edilib, “Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedici təyin olunub.

Fevralın 16-dan işə başlayan ADIF işçilər qarşısında öz ərizələri ilə işdən çıxmaq tələbi qoyub. Başqa yerlərdə iş tapan əməkdaşlardan bir neçəsi bununla razılaşsa da, əksəriyyət ərizə yazmaqdan imtina edir. Əməkdaşlar qanunla almalı olduqldarı yanvar-fevral aylarının maaşını və müqaviləyə uyğun olaraq hesablaşma tələb edirlər.

Ancaq ADIF işçilərə təzyiq göstərir, artıq fəaliyyəti dayandırılmış bank əməkdaşlarını töhmətlə, “statya” ilə işdən çıxarmaqla hədələyir. Bu barədə xəbəri redaksiyamıza bank əməkdaşları verib. Onlar qanuni haqlarını müdafiə edəcəklərini, bu yolda sonadək mübarizə aparacaqlarını bildiriblər.

Bu bankda baş verənlərə həm əməkdaşlar, həm hüquqçular, həm də mütəxəssislərlə birgə aydınlıq gətirməyə çalışacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru