Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır - SIPRI

22-02-2016, 12:58           
Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır - SIPRI
Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) dünya silah ticarət barədə növbəti hesabatını dərc edib. Azərbaycan Avropanın ən böyük silah idxalçısıdır. "Report" xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) bü gün açıqladığı dünya silah ticarəti barədə növbəti hesabatında məlumat verilir.

Hesabatda qeyd olunur ki, 2011-2015-ci illərdə Avropaya silah idxalı əvvəlki 5 illiklə (2006-2010) müqayisədə 41% azalıb ki, bu da əsasən Yunanıstan və İspaniyada baş verən iqtisadi proseslərlə bağlı olub. Bununla belə, Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı olaraq qalır. Əvvəlki 5 illiklə müqayisədə 2011-2015-ci illərdə Azərbaycanın silah tədarükü 217% artıb.

Avropanın ən böyük ikinci silah idxalçısı isə əvvəl olduğu kimi Böyük Britaniyadır.

Ən böyük silah ixracatçılarına gəlincə, burada ABŞ və Rusiya liderliyini qoruyur.

2004-cü ildən etibarən silah ticarətinin həcmi daim artıb və 2011-2015-ci illərdə ötən beş illik müddətlə müqayisədə 14%-lik artım müşahidə edilib. 2011-2015-ci illərdə ən böyük ixracatçı ölkələr ABŞ, Rusiya, Çin, Fransa və Almaniya olub. Bu ölkələrin ümumi silah satışındakı payı 74% təşkil edib.
Report












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.