Ukrayna səfirinin meyiti tapıldı

30-05-2021, 22:54           
Ukrayna səfirinin meyiti tapıldı
Ukraynanın Tailanddakı səfiri Andrey Beştanın cəsədi Ko-Lipe adasında oteldə tapılıb.

Teref.az xəbər verir ki, “Associated Press” agentliyinin Krallıq polisinə istinadla yaydığı məlumata görə, cəsədin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Beşta səhər saat 5:30 radələrində otel otağında ölü tapılıb. Səfirin oğlu bildirib ki, atası axşam özünü yaxşı hiss edirdi. Saat 4:30-da zəhərlənmə simptomları ilə yuxudan oyanan diplomat bir qədər sonra huşunu itirib. Onun cəsədi yerli xəstəxanada yarılıb, sonra ölümün səbəblərinin daha dəqiq öyrənilməsi üçün Bankonqdakı polis hospitalına aparılıb.

Andrey Beştanın 45 yaşı vardı və o, 2015-ci ildə Ukraynanın Tailandda səfiri təyin olunmuşdu./Modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru