Bakıda Suraxani qaz idarəsinin işçisi döyülüb

23-02-2016, 09:35           

Bakıda “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı ilə abonentlər arasında insident baş verib.

Suraxani qaz idarəsinin qəza xidmətinin işçisi növbədə olarkən Qara Cuxur qəsəbəsi mədən ərazisi sayilan yerdə abonentlər tərəfindən döyülüb.

Ramin Məmmədovun dediyinə görə qaz xəttində qəzanı aradan qaldırarkən abonentlərdən biri ondan qazın təzyiqinin artırılmasını tələb edib. R.Məmmədovla abonent arasında mübahisə yaranıb. Abonent qaz idarəsinin əməkdaşını əvvəlcə əli ilə, daha sonra isə qaz açarı ilə döyüb. Hadisə uyerinə toplaşan qonşularda onu döyüblər. Hadisə yerindən qaça bilən iş yoldaşları polisə məlumat verib.

Hadisə nəticəsində Ramil Məmmədov çoxsaylı xəsarətlər alıb və hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Əməliyyatçılar xəstəxanada “Azəriqaz”ın yaralı işçisinin ifadəsini alıblar. Onu döyənlər axtarılır. Ramil Məmmədov hadisədə iştirak edən abonentləri tanımadığını bildirib.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.