ABŞ-da tufan 10-u uşaq olmaqla, 12 nəfərin həyatına son qoydu

21-06-2021, 00:01           
ABŞ-da tufan 10-u uşaq olmaqla, 12 nəfərin həyatına son qoydu
ABŞ-ın Alabama ştatında siklon leysan yağışlar, daşqınlar və güclü küləyə səbəb olub, bu isə 12 nəfərin həlak olmasına gətirib çıxarıb.

“Report” xəbər verir ki, bu barədə “USA Today qəzeti” bildirib.

Qeyd edilir ki azı 10 nəfər, o cümlədən 9 uşaq iki avtomobilin toqquşması zamanı həlak olub. Yol-nəqliyyat hadisəsinə hava şəraiti səbəb olub.

Bundan başqa, bir böyük və uşaq yaşayış evinə ağacın düşməsi nəticəsində ölüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.