Narkotik paketinə görə boğulan şəxsi polis xilas etdi – VİDEO

11-07-2021, 00:03           
Narkotik paketinə görə boğulan şəxsi polis xilas etdi – VİDEO
Polis əməkdaşı hüquq mühafizəçilərdən gizlətmək üçün narkotik paketini udan şəxsi boğulmaqdan xilas edib.

Teref.az “Oxu.az”a istinadən xəbər verir ki, hadisə ABŞ-ın Ohayo ştatında qeydə alınıb.

Bildirilir ki, hüquq mühafizəçi sürət həddini aşan və təhlükəsizlik kəməri taxmayan sürücü Stefan Elaşi yolda saxlayıb. Lakin sənədləri yoxlayarkən maşın sürən şəxsin nəfəs almaqda çətinlik çəkdiyini görüb. Polis zabiti dərhal onu maşından çıxardaraq kürəyindən bir neçə dəfə vurub. Bunun kömək etmədiyini gördükdə isə, onu qaldırıb sinəsini sıxdı. Nəhayət sürücü boğazında qalan yad cismi tüpürə bilib.

O, polisə marixuana torbasını udduğunu etiraf edib. Hadisə yerinə çağırılan həkimlər onda hər şeyin qaydasında olduğunu bildiriblər.

Bu hadisə ona eyni vaxtda üç cəriməyə başa gəldi – sürət həddini aşdığına, kəmərə və narkotik saxladığına görə.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru