Afrikada silsilə qatil-vampir tutulub

16-07-2021, 07:46           
Afrikada silsilə qatil-vampir tutulub
Keniya polisi xeyli müddətdir davam edən axtarışların ardından 20 yaşlı Masten Milimo Vanyalanı saxlayıb.

“Haber Global”ın məlumatına görə, gənc oğlan 10 azyaşlını öldürdüyünü, onlardan ən azı birinin qanını içdiyini etiraf edib.

Vanyala silsilə qətllərini son beş il ərzində törətdiyini bəyan edib.

Polisin məlumatına əsasən, vampir əvvəlcə uşaqları qaçıraraq, valideynlərindən pul tələb edib. İstədiyini ala bilmədikdə isə azyaşlıları öldürüb.

Hazırda cinaytkarın ifadələri əsasında onun törətdiyi qətl hadisələri araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru