Braziliyada elektrik ötürücü xəttinin dayağı düşdü, 7 nəfər öldü

17-07-2021, 06:41           
Braziliyada elektrik ötürücü xəttinin dayağı düşdü, 7 nəfər öldü
Braziliyanın şimalında yerləşən Para ştatında tikilməkdə olan elektrik ötürücü xəttinin dayağının düşməsi nəticəsində azı 7 nəfər həyatını itirib.

Bu barədə “Qafqazinfo” “G1” portalına istinadən xəbər verir.

Onun məlumatına görə, insident cümə günü səhər saatlarında baş verib. 6 nəfər qəza yerində, daha 1 nəfər xəstəxanada ölüb. Xəsarət alanlara tibbi yardım göstərilir, vəziyyətləri barədə məlumat verilmir.

Bildirilir ki, hadisə zamanı ərazidə azı 26 nəfər olub. Xilasedicilər xəsarət alanların axtarışı ilə məşğuldur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru