Kəlbəcərdə daha 5 erməni əsgəri İTKİN DÜŞÜB... - Onların aqibətindən xəbər yoxdur

28-07-2021, 11:22           
Kəlbəcərdə daha 5 erməni əsgəri İTKİN DÜŞÜB... - Onların aqibətindən xəbər yoxdur
Azərbaycan-Ermənistan sərhəddində vəziyyət gərginləşib. JAMAZ.İNFO xəbər verir ki, erməni hərbi birləşmələri gecə saat 00:50-dən etibarən Kəlbəcərlə sərhəddə yerləşən Yuxarı Şorca və Sotk kəndləri istiqamətindən mövqelərimizi atəşə tutub.

Gələn son xəbərlərə görə, atışmaya səbəb ermənilərin Azərbaycan Ordusunun mövqelərini ələ keçirmək cəhdi olub. Belə ki, Kəlbəcər rayonu ərazisində yerləşən hərbi birləşmələrimizin mövqeləri gecə saatlarında basqına məruz qalıb. Düşmən təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu adekvat tədbirlər görməyə başlayıb. Nəticədə, lokal döyüşlər start götürüb.

Ermənistan Müdafiə Nazirliyi də təsdiq edib ki, hazırda döyüşlər davam edir. Onların hazırda 3 əsgəri öldürülüb, ikisi isə yaralanıb. Sözügedən nazirlikdən bildiriblər ki, bundan başqa daha 5 əsgərinin aqibətindən xəbərləri yoxdur. Onların yaralı olduğu və ya öldüyü barədə məlumat əldə etməyə çalışırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru