Qazaxda 22 yaşlı gənc qətlə yetirildi

14-08-2021, 00:05           
Qazaxda 22 yaşlı gənc qətlə yetirildi
Qazax rayonunda gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.

Teref.az xəbər verir ki, Qazax rayon İkinci Şıxlı kənd sakini, 1999-cu il təvəllüdlü Mansurov Novruz Ferruz oğlu mübahisə zəminində ürəyə yaxın nahiyədən bıçaqlanıb. O, bir bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Yaralıya həkimlər tərəfindən tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırmalara başlanılıb./Report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru