SON DƏQİQƏ: İki əsgərimiz həlak oldu - FOTO

14-08-2021, 07:06           
SON DƏQİQƏ: İki əsgərimiz həlak oldu - FOTO
Kəlbəcərdə iki əsgərimiz həyatını itirib.

KONKRET.az xəbər verir ki, türk teleqram kanallarında yayılan məlumata görə, Azərbaycan Ordusunun iki əsgəri yol qəzasında həlak olub.

Hadisənin təfərrüatları hələ tam açıqlanmayıb. Dəqiqləşdirmə aparılır.

Verilən digər xəbərlərdə deyilir ki, şəhid olan əsgərlərimizdən birinin nəşi Xaçmaza, digərinin isə Mingəçevirə aparılır.

Kəlbəcərdə hərbi maşının aşması nəticəsində ölən hərbçimizin biri Yevlax rayon Gülöyşə kəndindən Anar Cəfərovdur.

Tanrı ruhunu şad etsin!













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru