Azərbaycanda döyülən qadın yaş yarımlıq körpəsini suda boğdu

14-08-2021, 12:14           
Azərbaycanda döyülən qadın yaş yarımlıq körpəsini suda boğdu
Biləsuvar rayon İsmətli kəndində gəlin özünün yaş yarımlıq uşağını suya ataraq boğub.

Bu haqda Qaynarinfo-ya adının çəkilməsini istəməyən kənd sakinlərindən biri məlumat verib.

Verilən məlumata görə, gəlin ailədə davamlı zorakılıq görüb. Dünən gecə də evdə döyülən qadın yaxınlıqda su tapmadığından kəndin girişində, qəbiristanlığın yanından axan şor kanala qədər gedib, orada bir az sulu yer tapıb və özüylə birgə övladını kanala atıb.

Ancaq kəndin kanalında uzun müddətdən bəri su olmadığından 3 ilin gəlini olan qadına heç nə olmayıb, yosunların arasında itən uşaq isə tələf olub.

Hadisə yerinə prokurorluğun müstəntiqləri gəlib.

Hadisə bu gün səhər, saat 7-8 arası baş verib.

Saxlanılan yoxdur.

Bahar Rüstəmli













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru