Müsəlman zəvvarlara hücum edildi – 22 nəfər öldü, 14 nəfər yaralandı

15-08-2021, 00:00           
Müsəlman zəvvarlara hücum edildi –
Nigeriyanın Yayla əyalətində dini xadimlərini daşıyan beş avtobusdan ibarət avtomobil karvanına hücum edilib.

Teref.az xəbər verir ki, bu barədə AFP-ə bölgə polisinin əməkdaşı Ubah Oqaba məlumat verib.

Polis bildirib ki, hücum zamanı avtobuslarda olan müsəlman zəvvarlardan 22 nəfəri ölüb, 14 nəfəri yaralanıb.


“Premium Times Nigeria” qəzetinin məlumatına görə, əvvəlcədən zəvvarların keçəcəyi yolda pusqu qurulub.

Hücumun motivləri barədə hələlik məlumat verilməyib.

Qeyd edilib ki, avtobusda Nigeriyanın tanınmış din xadimi Dahiri Bauçinin ardıcılları da olub.

Səlahiyyətlilərin açıqlamasında görə, hücumda şübhəli bilinən 12 nəfəri saxlanılıb./APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru