İsrail HHQ Qəzzada Fələstin qruplaşmalarının bir neçə mövqeyinə zərbələr endirib 7-09-2021, 08:11 İsrail Hərbi Hava Qüvvələri Fələstin qruplaşmalarının Qəzza Zolağının müxtəlif bölgələrindəki mövqelərinə zərbələr endirib.Trend-in məlumatına görə, bu barədə Donia Al Watan portalı bildirib.Xüsusilə, Xan Yunis şəhərinin qərbində və şimalında müqavimət qüvvələrinin bir neçə mövqeləri bombalanıb.Hava hücumları nəticəsində ölən və yaralanan barədə məlumat verilməyib. Facebook-da paylaş