Ağdərədə tutulan hərbi qulluqçumuz Azərbaycanda saxlanan iki erməni ilə dəyişdirilib

8-09-2021, 00:00           
Ağdərədə tutulan hərbi qulluqçumuz Azərbaycanda saxlanan iki erməni ilə dəyişdirilib
Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayev Azərbaycanda saxlanan iki erməni ilə dəyişdirilib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, onların olduğu təyyarə Bakıdan İrəvana uçub.

Dəyişdirilmə prosesi Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov iştirakı ilə baş tutub.

Qeyd edək ki, Ermənistan mətbuatı avqustun 25-də Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yaymışdı.

Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru