Maştağa sakin həmkəndlisini öldürdü

11-03-2016, 10:43           
Maştağa sakin həmkəndlisini öldürdü
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində qətl hadisəsi qeydə alınıb. ANS PRESS-in məlumatınas görə, qəsəbə sakini, 30 yaşlı İlham Tahir oğlu Ağayev bıçaqlanaraq öldürülüb. 14 saylı Təcili tibbi yardım stansiyasının yaxınlığında yaralı halda tapılan İlham Ağayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerinə gələn hüquq mühafizə orqanları əməkdaşları müvafiq ekspertizalar təyin ediblər. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində məlum olub ki, İlham Ağayevi Maştağa sakini 23 yaşlı Şəhriyar Abbasquliyev bıçaqlayaraq hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Hazırda Şəhriyar Abbasquliyevin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru