Özünü 17-ci mərtəbəli binadan atan şəxsin kimliyi bilindi

11-03-2016, 19:46           
Özünü 17-ci mərtəbəli binadan atan şəxsin kimliyi bilindi
Bakıda 17 mərtəbəli binadan özünü atan şəxsin kimliyi məlum olub.

Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 ünvanında yerləşən 17 mərtəbəli binadan özünü atan şəxsin 1992-ci il təvəllüdlü Fərid Xəqani oğlu Şahverdiyev olması müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, F. Şahverdiyev ruhi xəstə kimi qeydiyyatdadır. Mərhumun atası hadisə baş verən binada mənzil alıb. Lakin həmin mənzildə yaşayış yoxdur. F. Şahverdiyev səhər atasından həmin mənzilin açarlarını istəyib. Lakin atası xəstəliyini nəzərə alaraq evin açarlarını ona verməyib. F. Şahverdiyev daha sonra həmin binaya gedərək 8-ci mərtəbədən özünü atıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.