Bakıda film kimi qəza: avtobus yol polisinin saxlatdığı maşınlara çırpıldı - yaralılar var (Fotolar)

12-03-2016, 06:17           
Bakıda film kimi qəza: avtobus yol polisinin saxlatdığı maşınlara çırpıldı - yaralılar var (Fotolar)
Avtobusun sürücüsü sərxoş çıxıb

Bakının Nərimanov rayonunda zəncirvari yol qəzası baş verib.

Musavat.com-un məlumatına görə, yol polisi əməkdaşları Ziya Bünyadov prospektində reyd keçirən zaman “Hyundai” və “Mercedes” markalı avtomobillərin sürücülərinin sərxoşluğunu yoxlamaq üçün saxlatdırıblar. Bu zaman arxadan yüksək sürətlə gələn sərnişin avtobusu “Mercedes”ə, o isə öz növbəsində “Hyundai”yə çırpılıb.

Qəza zamanı “Mercedes”in sürücüsü və avtomobildəki sərnişin xəsarətlər alıblar. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Yaralılara hadisə yerində ilkin tibbi yardım göstərilib.

Yoxlama zamanı sərnişin avtobusunun sürücüsünün sərxoş olduğu müəyyən edilib. O, sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb. Qəza zamanı avtobusda sərnişin olmayıb.

Faktla əlaqədar araşdırmalar aparılır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru