Prokurorla bağlı araşdırma başladı

12-03-2016, 13:33           

Türk iş adamı ilə şərikli neft biznesi olan Sabunçu rayon prokuroru Ceyhun Şirinovla bağlı araşdırmaya başlanıb.
Bu barədə AzNews.az-a vəkil Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, həmin məsələ ilə bağlı bir müddət bundan öncə yoxlama aparılmışdı: “Qəfildən necə oldusa, yoxlamanı dayandırdılar. Amma martın 11-də məsələ mətbuata çıxandan gündəmə gəlib və yoxlama başlanılıb. Artıq araşdırılma aparılır”.
Qeyd edək ki, türk iş adamı Sabunçu rayon prokuroru Ceyhun Şirinovu məhkəməyə vermək istəyir. Məlumata görə, prokuror bütün dövlətlərin sanksiyalar qoyduğu İrandan Əfqanıstana külli miqdarda neft alqı-satqısı ilə məşğul olub, Türkiyədə bu işləri görən şirkəti də aldadıb, nəticədə türk iş adamına da cərimələr gəlib. Bundan əlavə rayon prokuroru öz şəriklərini həbs etdirməklə hədələyib pul əldə etmək istəyib. O, biznes ortaqlarına “300 000 əvəzinə 20-30 min də olsa, kimdə varsa gətirib versin ki, həbs edilməsinlər” deyə sifariş göndərib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.