"Bakinternet"in rəhbəri işdən azad olundu

12-03-2016, 18:27           
"Bakinternet"in rəhbəri işdən azad olundu
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində daha bir rəhbər şəxsin işdən azad olunmasına qərar verilib.

Trend-in məlumatına görə, Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) tabeliyində fəaliyyət göstərən internet provayder “Bakinternet” şirkətinin rəhbəri Seymur Yusifov işdən azad olunub.

S.Yusifovun işdən çıxarılmasının səbəbi provayderin müştərilərindən daxil olan şikayətlər olub. Bir neçə gün öncə yaradılmış işçi qrupu şikayətləri və vətəndaşlara göstərilən internet xidmətinin keyfiyyətini araşdırıb. Nəticə yeni rəhbərliyi heç qane etməyib və S.Yusifov öz postu ilə vidalaşmalı olub.

Qeyd edək ki, bir neçə gün öncə BTRİB-in tərkibində yaradılan işçi qrupu Bakı şəhəri üzrə xidmət göstərdiyi bütün ərazilərdə yeni genişzolaqlı internet şəbəkəsinin qurulması ilə bağlı fəaliyyətə başlayıb. Bu şəbəkənin qurulması nəticəsində hər bir istifadəçi sürəti 100Mb/s olan internet xidməti ilə təmin olunacaq və yeni infrastruktur həm də IP-TV xidmətinin Bakı ərazisində daha da inkişaf etməsinə imkan verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru