Bakıda 15 yaşlı qız yoxa çıxdı

5-05-2015, 17:02           

Paytaxtda 15 yaşlı qız yoxa çıxıb. ANS -in məlumatına görə, Bağırova Fəridə Eldar qızı aprelin 17-də səhər saat 08:00 radələrində yaşadığı Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən evdən çıxaraq bir daha geri qayıtmayıb.

15 yaşlı Fəridə Bağırovanın əlamətləri belədir - boyu 162 sm, arıq bədən və yumru sifət quruluşlu. Saçları qara, gözlərinin rəngi isə qəhvəyidir.

Evdən çıxarkən onun əynində mavi rəngli cins şalvar, qara rəngli gödəkcə, ayağında isə qara rəngli idman ayaqabbısı olub.

Bağırova Fəridə Eldar qızını itkin düşən gündən sonra görənlərdən və ya onun haqqında hər hansısa bir məlumatı olanlardan (012)342 02 02, (012)342 10 27 şəhər və (050)203 02 02 mobil nömrələrinə zəng etməklə xəbər vermələri xahiş olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.