Azərbaycan gömrüyü İrandan Rusiyaya aparılan dərman preparatlarını müsadirə edib

15-10-2021, 00:12           
Azərbaycan gömrüyü İrandan Rusiyaya aparılan dərman preparatlarını müsadirə edib
Yoxlama zamanı yük nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 10 adda müxtəlif markalı 1 424 ədəd dərman preparatı və onlara aid karton qutular aşkarlanıb
Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara" gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya "xurma" yükü aparan "Volvo" markalı yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılıb və gömrük yoxlaması həyata keçirilib.
Bu barədə Sputnik Azərbaycan-a DGK-dan məlumat verilib.
Yoxlama zamanı yük nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 10 adda müxtəlif markalı 1 424 ədəd dərman preparatı və onlara aid karton qutular aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru