Bakıda müəllim dərs zamanı öldü

15-10-2021, 14:50           
Bakıda müəllim dərs zamanı öldü
Bakıda müəllim dərs zamanı vəfat edib.
Teref.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, Bakı şəhəri 89 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Maisə İsmayılova oktyabrın 11-də IX b sinfinə dərsi zamanı ürək tutmasından vəfat edib.
Məktəbdən bildirilib ki, M. İsmayılova sinfə daxil olan zaman özünü pis hiss etdiyi üçün çantasından dərman çıxararaq qəbul etmək istəsə də, anidən huşunu itirib.
Dərhal məktəbin tibb bacısı və rəhbərlik məlumatlandırılıb və təcili tibbi yardıma müraciət edilib. Təəssüf ki, müəllimin həyatını xilas etmək mümkün olmayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən faktı təsdiqləyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.