Albaniyada dörd rus oteldə ölü tapıldı

16-10-2021, 11:52           
Albaniyada dörd rus oteldə ölü tapıldı
Albaniyada dörd rus oteldə ölü tapılıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxt Tirana yaxınlığındakı Kavalye şəhərində yerləşən oteldə baş verib.

Qerret kəndinin otelinin saunasında ölü tapılan rusların adları açıqlanmasa da, onların 31, 37, 58 ve 60 yaşlarında iki qadın və iki kişi olduğu bildirilib.

Rusiya vətəndaşlarının hansı səbəbdən Albaniyada olması ilə bağlı açıqlama verilməyib.

Onların ölüm səbəbi araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.