Aviaşirkətin işçiləri maaş azlığına görə etiraz aksiyası keçirdilər: Küçədə soyundular - FOTOLAR

22-10-2021, 00:04           
Aviaşirkətin işçiləri maaş azlığına görə etiraz aksiyası keçirdilər:
İtalyan aviaşirkəti “Alitalia”nın onlarla işçisi Roma meydanında etiraz aksiyası keçirib.

KONKRET.az xəbər verir ki, həm aviaşirkətin bağlanmasına, həm də yeni yaradılan şirkətin (İTA) 10 min işçisindən 3 mininin aşağı əmək haqqı almasına etiraz edənlər geyimlərini, hündürdaban ayaqqabılarını çıxarıb, “Biz “Alitalia”yıq” deyərək qışqırıblar.

Aksiyada təxminən 50-yə yaxın keçmiş işçi gecə geyiminə bənzər paltarla aviaşirkətin qərarına diqqət çəkib.

Qeyd edək ki, uzun illərdir maliyyə böhranı ilə üzləşən və COVID-19 pandemiyasının təsirsiz ötüşmədiyi İtaliyanın 75 illik “Alitalia” aviaşirkəti oktyabrın 15-dən etibarən fəaliyyətini dayandırıb. İtaliyanın yeni hava yolu şirkəti olan “ITA” varisi “Alitalia”dan daha kiçikdir.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru