Almaniyada azərbaycanlı yaşlı cütlüyə hücum – Başını tramvayın qapısına vurdu və...

22-10-2021, 00:09           
Almaniyada azərbaycanlı yaşlı cütlüyə hücum –
Almaniyanın Drezden şəhərində Azərbaycandan olan yaşlı cütlük hücuma məruz qalıb.

Bizim.Media xəbər verir ki, yaşlı kişi və həyat yoldaşı nəvələri ilə tramvayda səyahət edərkən 54 yaşlı bir alman onlara yaxınlaşaraq bildirib ki, miqrantlar vətənlərini tərk etməlidir.

Bundan sonra millətçi alman azərbaycanlı çütlüyü döyməyə başlayıb. O, 66 yaşlı qadının başını tramvayın qapısına vurub.

Çoxsaylı yaralar alan qadın xəstəxanaya yerləşdirilib. Drezden şəhər prokurorluğu və polis idarəsi sözügedən hücumla bağlı araşdırma aparır. Drezden prokurorluğunun tələbi ilə hücum edən şəxs müvəqqəti olaraq psixiatrik xəstəxanaya yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru