Dəhşətli təyyarə qəzasında yalnız o, sağ qaldı — FOTOLAR

19-03-2016, 22:36           

Xəbər verdiyimiz kimi, Rusiyada Dubaydan Rostov-na-Donuya uçan sərnişin təyyarəsi qəzaya uğrayıb.

Qəza təyyarə hava limanına eniş edərkən baş verib. Təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə yerə çırpılıb və partlayış baş verib. Qəzaya uğrayan “Flydubai” aviaşirkətinə məxsus "Boeing-737" təyyarəsində 62 nəfər (55 sərnişin və 7 ekipaj üzvü) olub və hamısı həlak olub.

Rus turist, 1982-ci il təvəllüdlü Elvira İsayeva dəhşətli qəzada sağ qalan yeganə insan olub. Belə ki, o, qəza baş verməzdən bir gün öncə ad gününü qeyd edib. Gecə çox əyləndikdən sonra səhər uçuşa gecikib. O, bu barədə İnstaqram hesabında yazıb: “Yeganə insanam ki, sağ qalmışam”. (Qafqazinfo)















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru