Britaniyada Nu ştamına növbəti yoluxma qeydə alınıb

29-11-2021, 07:13           
Britaniyada Nu ştamına növbəti yoluxma qeydə alınıb
Böyük Britaniyada daha bir nəfərin COVID-19 infeksiyasının Nu ştamına (Omicron) yoluxması aşkar edilib. Bununla da, ölkədə üçüncü yoluxma faktı qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə agentliyi məlumat yayıb.

Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan şəxs Cənubi Afrikada səfərdə olub. Eyni zamanda, yoluxan şəxsin artıq Böyük Britaniyada olmadığı da vurğulanır.

Agentliyin icraçı direktoru Cenni Harris yaxın günlərdə yeni yoluxma hallarının aşkar ediləcəyi ehtimalının çox yüksək olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru