Nazir müavininin qardaşı görəvdən alınır - Ziya Məmmədov daha bir adamını itirir

23-03-2016, 12:54           
Nazir müavininin qardaşı görəvdən alınır - Ziya Məmmədov daha bir adamını itirir
Növbəti kadr islahatlarının hədəflərindən biri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdur. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, Ayaz Əsgərovu hədəfə şevirən əsas faktor kimi onun barəsində "yuxarılara" davamlı olaraq şikayətlərin ünvanlanması olsa da, burada başçının həmçinin mövqeləri kifayət qədər zəif düşmüş Nəqliyyat Naziri Ziya Məmmədova yaxın fiqur kimi səciyyələndirilməsi də yetərincə əsaslı məqam kimi çıxış etməkdədir.

DİA.AZ xatırladır ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Nəqliyyat Nazirinin müavini Arif Əsgərovun dost-doğma qardaşıdır.

Məlumatlara görə, bayramdan sonra bir neçə icra başçısının də vəzifəsindən azad ediləcəyi gözlənilir ki, onların da sırasında nazir müavininin qardaşının adı ilk sırada gəlməkdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru