Lənkəranda etiraz aksiyası FOTO

26-03-2016, 23:01           
Lənkəranda etiraz aksiyası FOTO
Lənkəranda SU-8 yaşayış massivi deyilən ərazinin 200-dək sakini etiraz aksiyası keçirib.

Report-un xəbərinə görə, aksiyaya toplaşanlar yaşadıqları ərazidə avtonəqliyyat vasitələrinin sürətlə hərəkət etməsi səbəbindən tez-tez yolda qəza hadisələrinin baş verdiyini bildiriblər.

“Şəhidlər Xiyabanı” küçəsində son 10 gün ərzində bir neçə yol qəzasında azı 4 nəfər ağır xəsarət alıb. Bu ərazidən təxminən 200 metr aralıda martın 23-də baş verən sonuncu yol qəza hadisəsində vurularaq dünyalarını dəyişən 4 nəfərin hamısı SU-8 massivinin sakinləri olub.

Bu küçə avtomobillərin sürətlə idarə olunduğu əsas yoldur. Bu ərazidə uşaq bağçası, iki məktəb və şadlıq sarayının olması, şəhərlərarası avtovağzala çıxışın da bu yolun üstündə olması gün ərzində hərəkətin intensivliyini artıran səbəblərdir.

Zərərçəkənlərin qohumlarının da iştirak etdiyi aksiyada, əsas tələblər işıqforların quraşdırılması, piyada keçidinin qurulması, yolda sürətin azalmasına xidmət edən maneələrin qoyulması olub.

Rəsmi şəxslər tərəfindən aksiya iştirakçılarının fikirləri dinlənilib. Zəruri tədbirlərin görüləcəyi bildirilib.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.