Qazaxıstan və Rusiya arasında təyyarə uçuşları dayandırıldı

27-03-2016, 11:22           
Qazaxıstan və Rusiya arasında təyyarə uçuşları dayandırıldı
Rusiyanın aparıcı mülki aviasiya şirkəti “Aeroflot” Qazaxıstana uçuşları müvəqqəti olaraq dayandırır.Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, “Aeroflot” nümayəndələrinin sözlərinə görə, martın 26-dan etibarən Qazaxıstan istiqamətində uşuçlar həyata keçirilməyəcək.
“Bu məcburi addımdır. Belə ki, Qazaxıstan tərəfi yay vaxtına keçidlə əlaqədar yenilənmiş uçuş cədvəlini təsdiq etməyib. Halbuki müvafiq sənədlər hələ fevralın 12-də Qazaxıstan tərəfinə təqdim edilib”, – deyə aviasiya şirkətinin nümayəndələri qeyd ediblər.
Eyni zamanda, “Air Astana” oxşar səbəblər üzündən Moskvaya və Rusiya hava məkanı vasitəsilə Ulan-Batora uçuşları dayandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru