Bakıda müəmmalı gurultu: binalar titrədi - Rəsmi qurumlar isə "zəlzələ deyildi" deyir...

27-03-2016, 17:30           
Bakıda müəmmalı gurultu: binalar titrədi - Rəsmi qurumlar isə "zəlzələ deyildi" deyir...
Bu gün saat 12.00 radələrində Bakının Səbail və Yasamal rayonu ərazisində müəmmalı bir gurultu səsi eşidilib. Anspress-in məlumatına görə, həmin səs o qədər güclü olub ki, hətta binaları da titrədib.

Daha çox Badamdar qəsəbəsi ərazisində hiss edilən səs və binaların titrəməsi insanlar arasında təlaşa səbəb olub. Hətta bəzi vətəndaşlar öz sosial şəbəkədəki hesablarında şərhlər yazaraq nə baş verdiyini anlamağa çalışıblar.

Baş verən müəmmalı tərpənişlə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, o da məsələdən xəbərdardır: "Özüm də həmin səsi və tərpənişi hiss elədim. Qobu qəsəbəsində yerləşən stansiya da bu tərpənməni qeydə alıb. Ancaq onu deyə bilərəm ki, bu zəlzələ deyildi".

Fövqəladə Hallar Nazirliyindən də hələlik partlayış, yaxud hər hansı bənzər hadisə barədə "qaynar xətt"ə heç bir çağırışın daxil olmadığını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru