ABŞ-da naməlum şəxs küçədən keçənləri güllələdi

28-12-2021, 12:27           
ABŞ-da naməlum şəxs küçədən keçənləri güllələdi
ABŞ-ın Kolorado ştatında atışma azı 5 nəfərin həyatına son qoyub.

Denverin müxtəlif yerlərində 3 nəfər atışmanın qurbanı olub, daha iki nəfər ağır yaralanıb. Leykvud şəhərində də iki nəfər həlak olub. Bunlardan əvvəl orada naməlum şəxs polisi güllələyib. Hüquq-mühafizə orqanının əməkdaşı sağ qalıb.

Yerli polis idarəsinin rəhbəri Paul Peisen qeyd edib ki, ilkin məlumata görə, hadisələrdə bir nəfərin əli var. Həmin şəxs şəhər ətrafında hərəkət edərək yerli sakinləri güllələyib və sonra Leykvudda polislə toqquşmada öldürülüb.

“O, öldürülənlərin ümumi siyahısına daxil edilib və son dərəcə vəhşi cinayətlərə görə məsuliyyət daşıyır”, - deyə hüquq-mühafizə orqanı rəsmisi vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru