Bakıda jurnalist xəstəxanada həyatını itirdi - FOTO
28-12-2021, 16:14
"Yeni Müsavat" Media Qrupuna daxil olan rusdilli Minval.az saytının əməkdaşı, jurnalist Bəxtiyar Səfərov vəfat edib.
Teref.az xəbər verir ki, jurnalist bu gün ürək tutmasından dünyasını dəyişib. Bazar günü evdə halı pisləşən B. Səfərov xəstəxanaya aparılmışdı. Ancaq bir müddət əvvəldən ürəyində problemlər olan jurnalistin həyatıını xilas etmək mümkün olmayıb. B.Səfərovun 51 yaşı vardı.
B.Səfərov uzun illər "Exo” qəzetində çalışıb. Daha sonra o, Minval.az saytı ilə əməkdaşlıq edirdi. Qələm dostları Bəxtiyar müəllimi həlim, sakit xasiyyətli, istedadlı jurnalist kimi xarakterizə edirlər.