Saxta pasport alanların NƏZƏRİNƏ: - "Bu halda..."

29-12-2021, 18:06           
 Saxta pasport alanların NƏZƏRİNƏ: - "Bu halda..."
"Panademiya dövrüdür və insanlar qapalı məkanlara COVID pasportu olmadan buraxılmırlar. Belə olan halda peyvənd vurdurmaq istəməyən vətəndaşlar saxta pasport alıblar. Hazırda 3-cü doza peyvənd vurulmasında da bu kimi hallarla qarşılaşırıq".

TEREF.AZ xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında "Norma" Hüquq Mərkəzinin direktoru Şamil Paşayev deyib.

O bildirib ki, Saxta COVID pasportu satanlar cinayət məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə məsuliyyətə cəlb olunurlar:

“Saxta pasport alan şəxslər isə Cinayət Məcəlləsinin 320-ci (saxta sənədlərdən istifadə etmə) maddəsi ilə məsuliyyət daşıyırlar. Bəzi adamlar da var ki, saxta pasport alıblar və indi buna görə peşman olublar. Məlumdur ki, onların adları sistemdə peyvənd vurulmuş şəxslər kimi qeyd olunduğu üçün növbəti dəfə müraciət edə bilməzlər. Ona görə də təklif edirəm ki, Cinayət Məcəlləsinin 320-ci, 313-cü, COVID-lə bağlı olan 139-cu və ümumiyyətlə saxta pasport satma, alma ilə bağlı bütün maddələrə qeyd hissəsi əlavə olunsun. Bunu Milli Məclis həyata keçirə bilər. Belə ki, həmin qeyddə saxta pasport alan və saxta pasportu verən şəxslərin bunu könüllü boyunlarına aldıqları təqdirdə cinayət məsuliyyətindən azad olunacaqları bildirilsin. Belə olarsa, insanlar arasında düzgün peyvəndlənmə stimullaşar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru