ABŞ-da oğurlanmış avtomobil qulaqlıqlar vasitəsilə tapıldı

31-12-2021, 10:02           
ABŞ-da oğurlanmış avtomobil qulaqlıqlar vasitəsilə tapıldı
İllinoys ştatının Qalesburq şəhər sakininin 2014-cü il istehsalı “Nissan Frontier” markalı pikapı oğurlanıb.

O, maşını “Apple AirPods” qulaqlıqları vasitəsilə olduqca tez və asanlıqla tapa bilib.

Oğurlanan pikapın sahibi bir gün əvvəl məclisdə olub. Kişi içki içdiyindən avtomobilin açarlarını itirməmək üçün onları maşında qoyub. Avtomobildə həmçinin onun bəzi digər şəxsi əşyaları, o cümlədən “Apple” simsiz “AirPod” qulaqlıqları da qalıb.

Məhz qulaqlıqlar sayəsində oğurlanmış avtomobilin sahibi onun geolokasiyasını müəyyən edə bilib. Kişi mobil proqramdan istifadə etməklə, oğurlanmış avtonun yol kənarındakı motellərdən birinin qarşısında dayandığını aşkar edib.

Polis onunla birlikdə maşını tapıb və oğrunu tutub.

Mənbə: unian.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru