İraqın Babil vilayətində bir ailənin 20 üzvü evlərində ölü tapılıb. Modern.az xəbər verir ki, bu barədə İraq Ordusu məlumat yayıb. Təhlükəsizlik qüvvələri axtarışda olan bir nəfərin həmin evdə gizləndiyini aşkarlatıb. Evin sahibi təhlükəsizlik qüvvələrinin əməkdaşlarına atəş açıb, iki hərbçi yaralanıb. Ev mühasirəyə alınıb. Təhlükəsizlik qüvvələri evə daxil olan zaman isə ailənin 20 üzvünü ölü tapıblar. İraq KİV-ləri terrorizmlə bağlı axtarışda olan 4 kişinin öncə ailə üzvlərini, daha sonra isə özlərini güllələdiklərini yazıb.