Fransada xuliqanlar 870-dən çox maşını yandırıblar - YENİ İL GECƏSİNDƏ

2-01-2022, 00:03           
Fransada xuliqanlar 870-dən çox maşını yandırıblar -
Fransada yeni il gecəsi xuliqanlar 870-dən çox avtomobili yandırıblar. Bu barədə şənbə günü Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Jerald Darmanen məlumat verib.

"Ötən illərlə müqayisədə yandırılan avtomobillərin sayı azalır. Polis əməkdaşlarına hücumların sayı da azalır", - nazir bildirib. O xatırladıb ki, 2019-cu ildə Yeni il ərəfəsində xuliqanlar 1,3 mindən çox avtomobili yandırıblar.

Darmanen bildirib ki, bir gecədə Fransada 440-dan çox adam saxlanılıb. Onlardan 380-ə yaxını nəzarətə götürülüb. Nazir yanvarın 1-nə keçən gecə şəhərlərin küçələrində patrul xidməti həyata keçirən polis və jandarm əməkdaşlarına minnətdarlığını bildirib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Yeni il ərəfəsində Fransa sakinlərinin və turistlərin təhlükəsizliyini 95 mindən çox polis və jandarm təmin edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru