Haitidə həbsxanadan qaçmağa cəhd edən 10 məhbus öldürülüb

2-01-2022, 09:06           
Haitidə həbsxanadan qaçmağa cəhd edən 10 məhbus öldürülüb
Haitinin paytaxtı Port-o-Prinsin şərqindəki Krua-des-Buket həbsxanasından qaçmağa cəhd göstərən azı on məhbus öldürülüb.

Bu barədə yerli KİV xəbər yayıb.

Məlumata görə, hadisə zamanı dörd polis əməkdaşı yaralanıb.

Qeyd olunur ki, səkkiz cinayətkar yerindəcə məhv edilib, daha iki məhkum aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Məhkumlar qaçmağa cəhd edərkən həbsxananın yeməkxanasını və anbarını yandırıblar.

Hazırda müəssisədə vəziyyət nəzarət altındadır, bir neçə ədəd odlu silah götürülüb.

Mənbə: “Haiti 24”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru