Niderlandda antikovid nümayişlərində polislə aksiyaçılar arasında toqquşma olub – VİDEO

3-01-2022, 08:14           
Niderlandda antikovid nümayişlərində polislə aksiyaçılar arasında toqquşma olub – VİDEO
Niderlandın paytaxtı Amsterdamda polislə antikovid məhdudiyyətlərə etiraz edənlər arasında bir neçə toqquşma baş verib.

Amsterdam bələdiyyəsi, prokurorluq və polis təşkilatçıların tədbirin təhlükəsiz keçirilməsinə təminat verməkdən imtina etdiklərinə görə nümayişi qadağan edib.

Buna baxmayaraq, minlərlə etirazçı bazar günü günortadan sonra Muzey Meydanına toplaşaraq şəhərdə yürüş edib. Nümayişçilər azadlıq və məhdudiyyətlərin aradan qaldırılması, xüsusən də karantin rejiminin ləğvi, mağaza və kafelərin açılması tələbləri ilə çıxış ediblər.

Hüquq-mühafizə orqanları ilə toqquşmaya səbəb isə bəzi etirazçıların hakimiyyətin nümayişçilər üçün müəyyən etdiyi marşrutdan kənara çıxmaq istəməsi olub.

Polis əməkdaşları etirazçılara qarşı mühafizə itlərindən istifadə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru