Azərbaycan neftinin qiyməti 90 dolları ötdü

18-01-2022, 13:23           
Azərbaycan neftinin qiyməti 90 dolları ötdü
Azərbaycanın dünya bazarlarına çıxararaq satdığı "Azeri Light" markalı neftin qiyməti 90 dolları keçib.

"Oilprice.com"-un məlumatına görə, "Azeri Light" 1,64 ABŞ dolları (+1.85%) bahalaşaraq 90,40 dollar olub.

Bildirilir ki, “Brent” markalı neftin bir barelinin qiyməti də 2014-cü ilin oktyabr ayından bu yana ilk dəfə olaraq 87 ABŞ dollarını ötüb.

Hazırda “Brent”-in 87,31 ABŞ dollara satıldığı bildirilir.

Azərbaycanın 2022-ci il dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dollarından götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru