Həbsdəki MTN generalı intihara cəhd edib

1-04-2016, 09:55           
Həbsdəki MTN generalı intihara cəhd edib
Elçin Quliyevin özünə qəsd etməsini həbsxana nəzarətçiləri əngəlləyiblər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Anti-Terror Mərkəzinin rəisi, general Elçin Quliyev həbsxanada intihara cəhd edib. teref.az bildirir ki, bu barədə jam.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Məlumatda deyilir ki, Quliyev özünü saxlanıldığı kameradan asmaq istəyib. Lakin həbsxana nəzarətçilərinin vaxtında yetişməsi sayəsində, generalın istəyi baş tutmayıb.

Mənbə sabiq baş idarə rəsinin hansı səbəbdən intihara cəhşd etdiyi barədə bilgisiz olduğunu vurğulayıb. O bildirib ki, böyük ehtimalla bu fikrə düşməsinə səbəb həbsxanaya düşməsi ilə barışmamasıdır. Çünki Elçin Quliyevin bir neçə dəfə həbsə düşməsinə dözə bilmədiyi, bunu həzm etmədiyini dilə gətiribmiş.

Məlumat redaksiyamıza gec daxil olduğundan dəqiqləşdirmək imkanımız olmayıb. Məsələ ilə bağlı əlavə məlumatlar toplayaraq, oxuculara təqdim etməyə çalışacağıq.

Xatırladaq ki, MTN işi ilə əlaqədar olaraq həbs olunanlardan biri, Anti-Terror Mərkəzinin sabiq idarə rəisinin müavini İlqar Əliyev də ötən ilin sonlarında həbsxanada intihar edərək, dünyasını dəyişib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru