Vəhşi atasının öldürdüyü uşağın anası da danışdı - "Famil hətta Şəmsəddinin meyitini çarpayıya bağlayıb yenə döymək istəyib"

1-04-2016, 14:01           
Vəhşi atasının öldürdüyü uşağın anası da danışdı - "Famil hətta Şəmsəddinin meyitini çarpayıya bağlayıb yenə döymək istəyib"
Ağstafada 6 yaşlı uşağın atası tərəfindən öldürülməsinin səbəbi bəlli olub. Azyaşlının anası Jalə Musayevanın ANS PRESS-ə verdiyi məlumata görə, Şəmsəddin bacısı Sevgi ilə oynayarkən bacısını söyüb. Atası isə uşağı bu əməlinə görə böyük bir odun parçası ilə döyməyə başlayıb: “Famil uşağı döyərkən onun əlindən alıb evə apardıq. Əsəbi soyumayan Famil onun dalınca gələrək başından vurdu. Uşağın başı stula dəydi və xəsarət aldı. Nə qədər köməklik göstərsək də onun həyatını xilas etmək mümkün olmadı. Famil hətta Şəmsəddin öləndən sonra da, kəndir axtarırdı ki, uşağın meyitini çarpayıya bağlayıb yenə döysün. Ancaq biz ona imkan vermədik”.

Kənd sakinləri isə Famil Pərvanəyevin əvvəllər məhkum olunduğunu, həyat yoldaşının ondan boşanmaq istədiyini, lakin Familin qadına boşanacağı halda onu öldürəcəyi ilə təhdid etdiyini bildirdilər.

Övladını döyərək öldürən kişi mütəmadi olaraq həyat yoldaşını da döyürmüş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru