Ermənilərin iki əsgəri məhv edildi - Yeniləndi
2-04-2016, 00:55
Bu gün Dağlıq Qarabağda Ermənistan əsgəri öldürülüb.
ANS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu barədə Qarabağ separatçılarının "müdafiə nazirliyi" informasiya yayıb.
1996-cı il təvəllüdlü əsgər Vladimir Melkonyanın Azərbaycan ordusu ilə döyüş toqquşmasında öldürüldüyü bildirilir.
Son günlər cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Martın 17 və 18-də 2 erməni əsgəri öldürülüb. Mart ayının 11 və 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribatının qarşısı alınıb. Düşmənin hərəkətlərinə cavab olaraq və gələcəkdə belə təxribatların qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin gördüyü qabaqlayıcı tədbirlər nəticəsində təmas xəttinin dərinliyindəki erməni mövqeləri darmadağın edilib. Nəticədə düşmənin təxminən 10-15 canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
İlk gün ermənilər canlı qüvvə və hərbi texnikalarının məhv edilməsi xəbərini təkzib ediblər. Lakin bir gündən sonra itkilər barədə məlumatlar yayılıb. Heç bir itki vermədiklərini iddia edən Ermənistan tərəfi təxribatlarının qarşısı alınmasından bir gün sonra ilk itkilərini ortaya çıxarıb.
22:21
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində daha bir erməni əsgəri öldürülüb.
Erməni mətbuatı xəbər verir ki, aprelin 1-də Ermənistan ordusunun əsgəri Qevork Asoyan döyüş mövqeyində olarkən başından ağır güllə yarası alıb.
Hadisə Azərbaycan sərhədində yerləşən Tavuş rayonunun İcevan kəndində baş verib.