Gəncə icra başçısının müavinin yalanı nəyə lazım idi?

7-05-2015, 15:52           
Gəncə icra başçısının müavinin yalanı nəyə lazım idi?
6 mayda “Neon” fabrikinə məxsus 1000 ton taxıl saxlanılan bunker cırılıb. Nəticədə 600 ton taxıl yola dağılıb və Əziz Əliyev prospektinin həmin ərazisində avtomobillərin hərəkəti tam məhdudlaşıb.
Qəza nəticəsində fabrikin hasarı uçub, 2 ədəd gecə işıqlandırma dirəyi aşıb, qaz xətti zədələnib və elektrik naqilləri sıradan çıxıb.

Güman edilir ki, hadisə bunkerdən keçən borunun zədələnməsi nəticəsində baş verib.

Dağılan taxılın yığılması üçün hadisə yerinə texnika və canlı qüvvə cəlb olunub. (SalamNews).

Hadisə ilə bağlı əlaqə saxladığımız Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) bildirib ki, mən hadisə yerində olmuşam: “ Taxıl bunkerinin dağılmasına görə hansısa qaz xəttinin, yaxud elektrik xəttinin zədələnməsindən söhbət gedə bilməz”.

“NEON” şirkətinin baş direktoru Arif Həsənov isə Rafiq Şəfiyevin dediklərini tam inkar elədi: “ Elektrik və qaz xətləri həqiqətən də zədələnib. Və nəticədə taxıl bunkeri dağılıb. Xoşbəxtlikdən ölüm hadisəsi olmayıb”.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.