Kürdəmirdə şəhidi qarşılamaq üçün bayraq tapılmır -İDDİA

9-04-2016, 21:54           

teref.az- ya verilən məlumata görə Kürdəmir şəhərindən olan şəhid Bəkir İsmayılovun ailəsi Kürdəmir İcra Hakimiyyəti tərəfindən sayğısızlıqla üzləşiblər. Məlumat verən Kürdəmir sakininin dediyinə görə şəhidin anası deyib ki,
"Oğlumun dostlarının belə çox olduğunu bilmirdim. Hər yerdən onunla maraqlanıblar. Lakin icra hakimiyyətindən bir nəfərdə bu həyətə ayaq basmayıb!"
teref.az olaraq feysbukda bundanda ilginc bir məlumatlka rastlaşdıq, Kürdəmir sakinləri şəhidin evindən və küçəsindən asmaq üçün İcra Hakimiyyətindən Azərbaycan bayrağı istəsələrdə nə onlara bayraq veriblər nə də İcra Haskimiyyətinin məsul şəxsləri şəhidin qarşılanması üçün həyətlərində bayraq asmayıblar. Kürdəmirin vətənpərvər sakinləri feysbuk vasitəsi ilə müraciət yayıblar.
"Şəhid Bəkir İsmayılovu qarşılamaq və küçıəni bayraqlarla bəzəmək üçün bayraq tapmadıq. Xahiş edirik kimdə varsa avtobusa versin biz Kürdəmirdə götürərik!"
İndi sual olunur Kürdəmir İcra Hakimiyyəti nə ilə məşğuldur ki, şəhidini mqarşılaya bilmir. Şəhidinin evinə dəyib onun ailəsini ovuda bilmir?
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.